0
Tuesday 12 September 2017 - 00:41

11 sentyabr hadisəsində Səudiyyə Ərəbistanının əlinin olması barədə yeni sənədlər üzə çıxıb

Story Code : 668327
11 sentyabr hadisəsində Səudiyyə Ərəbistanının əlinin olması barədə yeni sənədlər üzə çıxıb
Səudiyyə Ərəbistanının 11 sentyabr hadisəsinin törədilməsində iştirakına dair yeni faktlar üzə çıxıb.

İslamazeri.com "YnetNews"-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı rəhbərliyinə qarşı yönəlmiş yeni məhkəmə şikayətində iki ərəbistanlı xüsusi xidmət orqanı əməkdaşının 11 sentyabr hadisələrinin təşkili ilə bağlı ABŞ-a səfər etdiyi qeyd olunur.

Ərəbistan rəhbərliyinə qarşı yönəlmiş məhkəmə şikayəti əkiz qüllələrin vurulması zamanı həyatını itirənlərin 1400-ə dək ailə üzvləri tərəfindən imzalanıb.

Geniş həcmli şikayət materiallarının möhtəvası bu gün məlum olub. Materiallarda qeyd olunur ki, həmin il 11 sentyabr tarixindən əvvəl Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirliyi terror aktını biləvasitə maliyyələşdirməyə başlayıb. Belə ki, Federal Təhqiqatlar Bürosunun (FTB) məxfi sənədlərində də qeyd olunur ki, terror aktından hələ iki il əvvəl Səudiyyə rəhbərliyi iki casusunu Vaşinqtona göndərib və onların bütün xərcləri səfirlik tərəfindən ödənilib.

Şikayətçilərin nümayəndəsi Şan Karter bildirib ki, uzun illərdir Səudiyyə Ərəbistanı rəhbərliyi ilə "əl-Qaidə" terror təşkilatı arasında əlaqələrin mövcud olduğunu vurğulayıblar. Lakin Səudiyyə hökuməti bu ittihamları rədd edib. Buna baxmayaraq, terror aktının törədicilərinin əksəriyyətinin bu ölkənin vətəndaşları olması heç kəsə sirr deyil.

Qeyd edək ki, 2016-cı ildə ABŞ Konqresi terror aktlarına dəstək verən və maliyyələşdirən ölkələrə qarşı məhkəmə iddiası qaldırmağa icazə verən qanun qəbul edib.
Source : İslamazeri
Comment