0
Thursday 14 September 2017 - 14:28

İsrail rejimi Baş naziri Netanyahu: Kürdüstanı dəstəkləyirik

Story Code : 669039
İsrail rejimi Baş naziri Netanyahu: Kürdüstanı dəstəkləyirik
Sionist İsrail rejimindən İraq Kürd Regional Rəhbərliyinin (İKRR) referendumuna daha bir dəstək gəlib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, İsrail rejimi Baş naziri Benyamin Netanyahu müstəqil Kürdüstan dövlətini dəstəkləyəcəyini ifadə edib.

Latın Amerikası ölkələrinə səfər edən Netanyahu Argentinada verdiyi bəyanatlarda İKRR referendumuna da toxunub. Netanyahu İsrailin müstəqil bir kürd dövlətinin qurulmasını dəstəklədiyini bildirərək, "İsrail tam şəkildə terrora qarşıdır və Kürd xalqının öz dövlətini qurmaq yönündəki qanuni səylərini dəstəkləyir",- deyib.

İsrail Müdafiə Qüvvələri Baş Qərargahının sabiq rəis müavini general Yair Qolan da bu həftə Vaşinqtonda "Yaxın Şərq Araşdırmaları İnstitutu"ndakı çıxışında, "Mənim şəxsi düşüncə tərzimə görə, PKK terror təşkilatı deyil. Bəlkə (bu sözlər) başlıqlara çıxacaq, amma mən belə görürəm. İsrailin xarici siyasətinə xidmət edirlər" açıqlamasını etmişdi.

Qolan 25 sentyabrda keçiriləcək referendumla əlaqədar, "Bütün kürdlərin iştirakı ilə Böyük Kürdüstan qurulmalıdır" açıqlamasını da etmişdi.
Source : İslamazeri
Comment