0
Saturday 7 October 2017 - 10:40

İraq Kürdistanla sərhədləri bağlamaq üçün Türkiyə və İrana rəsmi müraciət edib

Story Code : 674765
İraq Kürdistanla sərhədləri bağlamaq üçün Türkiyə və İrana rəsmi müraciət edib
Maide.Az xəbər verir ki, İraqın Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Məhbud bildirib ki, Türkiyə və İrandan rəsmi şəkildə istəmişik ki, Kürdistanla sərhədləri bağlasın və bu bölgə ilə ticari əlaqələri kəssin.

O deyib ki, bununla bağlı hər iki ölkənin Bağdaddakı səfirliklərinə nota göndərmişik.

Bildirmişik ki, İran və Türkiyə yalnız İraq federal dövləti ilə əməkdaşlıq edə bilər. Sərhəd buraxışlış məntəqələrinin İraq hökumətinə tam təhvilinədək sərhədlərin bağlanması və hər növ ticari əlaqələrin kəsilməsi istənilib.
Source : Maide
Comment