0
Thursday 19 October 2017 - 23:14

Əfqanıstanda iki hücum nəticəsində 11 polis əməkdaşı həlak olub

Story Code : 677832
Əfqanıstanda iki hücum nəticəsində 11 polis əməkdaşı həlak olub
Birinci hadisə Nimroz əyalətində baş verib. Məlumata görə, “Taliban” terror təşkilaıtna mənsub silahlılar polis kortejinə atəş açıblar. İnsident nəticəsində beş polis həlak olub, 3 nəfər yaralanıb.

Fərəh əyalətində isə polis məntəqəsinə hücum nəticəsində 6 polisin həlak olduğu, daha bir nəfərin yaralandığı bildirilir. Bu hadisəyə görə də məsuliyyəti “Taliban” öz üzərinə götürüb.
Source : Deyerler
Related Stories
Comment