0
Thursday 23 November 2017 - 20:30

Ermənistan Silahlı Qüvvələri işğal etdiyi ərazilərdə növbəti təlimlər keçirib

Story Code : 685350
Ermənistan Silahlı Qüvvələri işğal etdiyi ərazilərdə növbəti təlimlər keçirib
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, noyabrın 20-dən 23-dək Dağlıq Qarabağda taborların taktiki təlimləri keçirilib. Təlimlərə ümumqoşun və tank hissələri cəlb olunub.

Separatçı rejimin "müdafiə naziri" Levon Mnatsakanyan təlimlərin gedişini izləyib.

Qeyd edək ki, bir neçə gün əvvəl də işğal altında olan ərazilərdə artilleriya və ağır texnikanın iştirakı ilə irimiqyaslı təlimlər keçirilib.
Source : Apa
Comment