0
Tuesday 2 January 2018 - 00:56

Sionist rejim dairələri: 2018-ci ildə İran İsrailə hücum edə bilər - Təhlil

Story Code : 694047
Sionist rejim dairələri: 2018-ci ildə İran İsrailə hücum edə bilər - Təhlil
Bu ehtimallar ən çox Suriyanın cənubunda və Qolan bölgəsində güc balansına təsir göstərəcək hadisələrin baş verməsi əsasındadır. Belə ki, qeyd olunan ərazilərdə güc balansı Suriya dövləti və onun müttəfiqlərinin xeyrinə dəyişmişdir. Xüsusilə də terrorçu qrupların geri çəkilməsi və ordu qüvvələrinin Suriya ilə işğal edilmiş sərhədlərdə yerləşməsi sionist rejimlə qarşıdurma proqnozunu gücləndirir.
Sionistlərin “Walla” informasiya agentliyi bu rejimin hərbi mənbələrinə istinadla yazır ki, Suriyanın cənub bölgəsindəki vəziyyətin İsraildə dilə düşməsinin səbəbi gələn il (2018-ci il) İŞİD-in Suriyada taleyinin təyin edildiyi il olacağıdır.
Bunun mənası odur ki, Hizbullah Suriyanın daxilində, əsasən də işğal edilmiş ərazilərlə sərhəd bölgələrdə öz iştirakını gücləndirməyə imkan tapacaq. Çünki sionist dairələr belə inanır ki, Suriyada böhranın dövlətin xeyrinə tamamlanmasına baxmayaraq Hizbullah öz qüvvələrini Suriyadan çıxarmayacaq, üstəlik İsraillə mübarizə aparmaq üçün bu ölkənin cənubunda, xüsusilə də Qolan yüksəkliklərində öz mövqelərini gücləndirəcək. Bu istiqamətdə Munir Əli Nəimin (Hacı Haşim) Hizbullah müqavimət qüvvələrinin Suriya cənubu, məxsus şəkildə Qolan cəbhəsinin komandiri təyin edilməsi İsrail üçün ciddi təhdid hesab olunur. Çünki sionist rejim onun İsrail üçün problem yaradan bir şəxsiyyət olduğunu yaxşı tanıyır və onun İsrailə qarşı fəaliyyətləri haqqında əllərində məlumatları vardır. Ona görə də sionist çevrələr belə düşünür ki, İsrail İran və müqavimət qrupları ilə anlaşma mövzusunda mühüm qərarlar verməyə məcburdur. Bu dairələrin fikrincə, İsrail üçün mühüm sayılan problem Ərəbistanın Suriya və Livanda İran və Hizbullah əleyhinə hərəkətləridir. Çünki Ərəbistanın bu hərəkətləri indiyə kimi əks təsir qoymuş, Ərəbistanın regional etibarına zərbə vurmuş və İranın xeyrinə olmuşdur. Bir yandan da Rusiya İranın regionda nüfuzunun genişlənməsini öz maraqları üçün təhdid hesab etmir.
Sionist dairələr İran və İsrailin silahlı qarşıdurması barəsində isə belə düşünürlər ki, Rusiya onların qarşıdurmasına mane olacaq. Çünki İran və İsrailin Suriya cəbhəsində qarşıdurması Rusiyanın məqsəd və maraqlarının ziyanınadır. Amma bu, qarşıdurma ehtimalını azaltmır. Üstəlik, İranın Suriyada nüfuzunun artması və İsrailin bu nüfuza mane olmasına təkidi silahlı qarşıdurmanın mümkünlüyünü hər zamandan daha çox artırır. Xüsusilə də Təl-Əvivin fikrincə, Amerikanın Yaxın Şərqdə nakam siyasətləri İranın nüfuzunun təkcə Suriyada deyil, bütün regionda artmasına səbəb olmuşdur.
Source : Nur.az.com
Comment