0
Wednesday 4 May 2011 - 07:25

Ərdoğan: “Qəddafi hakimiyyətdən çəkilməlidir”

Story Code : 69693
Ərdoğan: “Qəddafi hakimiyyətdən çəkilməlidir”
Ərdoğan: “Qəddafi hakimiyyətdən çəkilməlidir”
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün Liviya prezidenti Müəmmər Qəddafiyə çağırış edib. Lent.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan deyib ki, Liviyada demokratiyanın bərqərar olması üçün artıq Müəmmər Qəddafinin hakimiyyətdən çəkilməsi lazımdır.


O deyib ki, Müəmmər Qəddafinin Türkiyənin tövsiyələrini nəzərə almayaraq ,qan tökməyə üstünlük verib: “Liviyada artıq söz bitdi. Müəmmər Qəddafi artıq tarixi addım atmaq məcburiyyətindədir. Mövcud vəziyyətdə ən məqbul çıxış yolu əmanəti sahibinə, xalqa təhvil verməkdir. Liviya ailə mülkiyyəti deyil. Liviyada tökülən qan liviyalıların qanıdır. Qardaş qanı üzərində sülh və ədalət qurula bilməz. Liviya liderinin özünün və ölkəsinin gələcəyi üçün Liviyadan çıxmasını, hakimiyyətdən çəkilməsini istəyirik. Övlad və nəvə itkisi böyük itkidir. Ata və baba olaraq, Müəmmər Qəddafinin bu ağrı-acını yaşadığını bilirik və bu acını Liviya xalqının da yaşamasını istəmirik”.

Comment