0
Thursday 25 January 2018 - 11:35

Ərdoğan ABŞ-ı Suriyada kürdlərə silah tədarükünü dayandırmağa çağırıb - YENİLƏNİB

Story Code : 699622
Ərdoğan ABŞ-ı Suriyada kürdlərə silah tədarükünü dayandırmağa çağırıb - YENİLƏNİB
APA-nın xəbərinə görə, bu barədə “Milliyet” məlumat verib. O həmçinin vurğulayıb ki, Suriya ərazisində keçirilən əməliyyatın məqsədi Türkiyənin milli təhlükəsizliyini təmin etmək və Afrin bölgəsini terrorçulardan təmizləməkdir. “Afrində həyata keçirilən hərbi əməliyyat beynəlxalq hüquq normaları, o cümlədən BMT Konvensiyasının özünümüdafiə hüququnu nəzərdə tutan 51-ci maddəsinə uyğundur və terrorizmə qarşı mübarizə istiqamətində növbəti addımdır”, deyə Türkiyə prezidenti vurğulayıb.
Öz növbəsində, ABŞ prezidenti Suriyanın Afrin bölgəsində artan gərginlikdən narahat olduğunu ifadə edib.
“Hazırkı vəziyyət ABŞ və Türkiyə arasındakı əlaqələrin pisləşməsi risklərini daşıyır”, Ağ Evin məlumatında bildirilib. Tramp həmçinin rəsmi Ankaranı Suriyada türk və amerikalı qüvvələr arasında münaqişəyə səbəb ola biləcək hərəkətlərə yol verməməyə çağırıb.
Comment