0
Friday 6 May 2011 - 14:06

Ərdoğandan diktatora dost tövsiyəsi

Story Code : 70149
Ərdoğandan diktatora dost tövsiyəsi
Ərdoğandan diktatora dost tövsiyəsi
Islam times.org/az/ - Liviyanın diktator lideri Qəddafinin, rejim əleyhinə qiyamların sona çatması üçün qan axıtmağı dayandırması və yerinə başqa birini təyin etməsi haqda tövsiyələrini diqqətə almaq yerinə öz xalqına hücum etməyi seçdiyini söyləyən Ərdoğan, "Liviya tarixində yeni bir dövr başlamışdır.

Liviya məsələsində artıq söz tükənmişdir. Bu nöqtədə edilməsi vacib olan, Liviyada, Tripolidə rəhbərliyi əlində tutan Müəmmər Qəddafinin dərhal iqtidarı tərk etməsi, boynundakı tarixi məsuliyyəti insani və vicdani məsuliyyəti dərhal yerinə yetirməsidir." dedi.

“Zaman”-ın xəbərinə görə Baş Nazir Ərdoğan, Liviyada müxalif aksiyaların başlamasından bu yana Qəddafiyə qarşı etdiyi bu ən sərt çıxışı dünən Liviya mövzusunda təşkil etdiyi mətbuat konfransında dilə gətirib.

Ərdoğan, Türkiyənin Tripoli səfirliyini müvəqqəti bağlamasından sonra təşkil etdiyi yığıncaqda Türkiyənin Qəddafinin yanında iştirak etdiyi istiqamətindəki tənqidlərə də cavab verdi.

Türkiyənin Liviya mövzusundakı rəftarının, tərəf tutmaq, şou göstərmək olmadığını vurğuladı. Liviyalı müxaliflərə hər cür insani yardımı çatdırarkən, Qəddafini hər görüşdə qan tökməməyə və iqtidarı buraxma mövzusunda xəbərdar etdiklərini bildirdi.

Ancaq bu rəftarın bəzi ölkələr tərəfindən pis niyyətli olaraq səhv əks etdirildiyini ifadə edərək, "Liviyada sanki Türkiyə əleyhinə bir kampaniya başladılmışdır" deyə əlavə etdi.
Translator :
Source : IslamTimes
Comment