0
Friday 9 February 2018 - 15:34

ABŞ Rusiya ilə münasibətləri bərpa etmək niyyətində olduğunu bəyan edib

Story Code : 703453
ABŞ Rusiya ilə münasibətləri bərpa etmək niyyətində olduğunu bəyan edib
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauert bildirib.
“Mən deyərdim ki, ABŞ-Rusiya münasibətləri mürəkkəb və dolaşıqdır. Dövlət katibi münasibətlərin ən aşağı nöqtəyə düşdüyünü hələ keçən il bəyan etmişdi. Biz münasibətləri bərpa etmək istərdik. Çünki qarşılıqlı narahatçılıq doğuran bir çox sahələr mövcuddur.KXDR – onlardan biridir”, - deyə Hezer Nauert qeyd edib.
Comment