0
Monday 12 February 2018 - 18:30

Rusiyada helikopter qəzaya uğrayıb: ölən və yaralananlar var

Story Code : 704318
Rusiyada helikopter qəzaya uğrayıb: ölən və yaralananlar var
FaktXeber.com-un MashTelegram kanalına istinadla verdiyi məlumata görə, hadisə Tomsk yaxınlığında baş verib.
 
Məlum olub ki, hava gəmisi hansısa səbəbdən affekt halında öz evini yandıran 45 yaşlı qadını yaxınlıqdakı xəstəxanaya aparırmış. Ev tamamilə yansa da qadın zərər çəkməyib. Bu günkü qəzada da hər iki pilot həyatını itirsə də, qadın sağ qalıb.
 
Ölənlərin cəsədləri hələ də dağıntılar altındadır. Bundan başqa 4 nəfər yaralanıb.
 
Ümumilikdə göyərtədə 6 nəfər olub – tibbi briqada, pasiyent və heyət üzvləri.
Comment