0
Monday 26 February 2018 - 23:31

Seyid Həsən Nəsrullah: “Düşmənlər müqavimətə qarşı təxribat etmək məqsədi güdürlər”

Story Code : 707791
Seyid Həsən Nəsrullah: “Düşmənlər müqavimətə qarşı təxribat etmək məqsədi güdürlər”
Deyerler.org Təsnimə istinadən xəbər verir ki, Seyid Həsən Nəsrullah fevralın 24-ü Livanın şərqində yerləşən Baalbək şəhərində video ilə çıxış edərək deyib ki, Amerika və müttəfiqlərinin bölgədəki planlarının məğlubiyyətə düçar olması və İŞİD terror təşkilatının məğlubiyyətindən sonra, düşmənlərin müqavimətə qarşı hiylə qurmaq və təxribat etmək məqsədi güdürlər.

Hizbullahın lideri çıxışında ABŞ dövlət katibinin Livan səfərinə də toxunub: “ABŞ-ın dövlət katibi Beyruta gəlirsə, bu səfərin hədəfi təkcə dəniz sərhədləri deyil, əksinə Hizbullah ilə də mübarizə etməkdir”.

Seyid Həsən Nəsrullah daha sonra sözlərini belə davam edib: “Əgər İsrail rejimi bu gün heç bir şeydən qorxmasaydı, artıq 9-cu bölgədə neft boru xəttini salmışdı və Livanın neft hüquqlarını pozaraq, onu öz hüquqları kimi istifadə edərdi”.

Seyid Həsən Nəsrullah Hizbullah hərəkatının müttəfiqlərinin daxili və xarici təxribatlar qarşısında müqavimət etmələrini də istəyib.

Hizbullahın baş katibi çıxışının davamında, Livanda keçirilməsi planlaşdırılan seçkilərə toxunub: “Livan parlamenti və hökumətində Hizbullah nümayəndələrinin mövcudluğunda ən əsas hədəf, müqaviməti dəstəkləmək və bu məsələni güclü şəkildə davam etdirməkdir. ABŞ və Səudiyyə rejimi Livanda keçiriləcək seçkilərdə Hizbullahın səslərini nəzərə alacaq və seçkilərdə müxtəlif fikirlərin iştirakında heç bir problem yoxdur.

Seçkilərdə Livan xalqının üzərinə böyük bir vəzifə düşür. Çünki seçkilər ölkənin taleyini müəyyən edəcək. Bu seçkilərdə kim seçilərsə, məsuliyyətlərini yerinə yetirməlidir. Seçilən şəxslər bütün Livan xalqının nümayəndələri olacaq. Seçilən şəxslər Livanda iqtisadiyyat və təhlükəsizliyə görə cavabdehdir. Seçkilər həddən artıq mühümdür. Məgər biz ölkəmizi ABŞ-a və neftini İsrail rejiminə verən, müqavimətə qarşı təxribatlar quran və iqtisadiyyata məhəl qoymayanı seçə bilərikmi? Bu sualın cavabı əlbəttə ki, mühümdür”.
Source : Deyerler
Comment