0
Sunday 4 March 2018 - 09:03

Hizbullah Livan seçkilərində ABŞ və Səudiyyə rejimilə mübarizə aparacaq

Story Code : 708841
Hizbullah Livan seçkilərində ABŞ və Səudiyyə rejimilə mübarizə aparacaq
Livanın Hizbullah hərəkatının baş katibinin müavini Şeyx Nəim Qasim, Hizbullahın parlament seçkiləri mübarizəsində hədəfinin Livanın daxili işlərinə parlament üzərindən qarışmağa çalışan ABŞ və Səudiyyə rejiminin planını pozmaq olduğunu deyib.
Şeyx Nəim Qasım Amerika-Səudiyyə rejimi planını belə şərh edib: “Bu ikisi Livandakı parlament seçkilərinə müdaxilə etməyə və Livanın müqavimət və müstəqilliyindən qaynaqlanan maraqlarından uzaq olaraq, parlamentin qərarlarını idarə etməyə çalışır”.
Livanın xarici işlər naziri Cebran Basil də son vaxtlar etdiyi çıxışında, Livan seçkilərinə xarici müdaxilə məsələsində xəbərdarlıq etmişdi.
Livanda parlament seçkiləri 2018-ci ilin 6 may tarixində keçiriləcək. /Deyerler/
Comment