0
Monday 26 March 2018 - 17:03

Əllamə Ayətullah Həsənzadə Amuli xəstəxanaya yerləşdirilib

Qəlbində yaranmış problemlə əlaqədar
Story Code : 714015
Əllamə Ayətullah Həsənzadə Amuli xəstəxanaya yerləşdirilib
Maide.Az “İRNA”-ya istinadən xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin Mazandaran əyaləti üzrə idarənin sözçüsü Fərzad Qohərdehi deyib.

F.Qohərdehi deyib ki, Əllamə Ayətullah Həsənzadə Amulinin qəlbində yaranmış problemlə əlaqədar bazar günü Amol şəhərinin xəstəxanalarının birinə yerləşdirilib. “Onun durumu yaxşıdır, müalicəsi davam etdirilir.”

O bildirib ki, Ayətullah Həsənzadə Amulinin xəstəxanaya yerləşdirilməsi onun müalicəsinin daha effektiv olması və həkim nəzarətində saxlanılması ilə əlaqədardır.

Əllamə Ayətullah Həsənzadə Amuli kimi tanınan Həsən Təbəri Amuli 1928-ci ildə Amol şəhərinin Larican bölgəsində dünyaya göz açıb.

O tanınmış müctəhid, filosof, hikmət və mərifət dahilərindən və Dini Elmiyyə Hövzəsinin müəllimidir. Həmçinin, Əllamə Ayətullah Həsənzadə Amuli ədəbiyyat, astronomiya, riyaziyyat və tibdə də çoxlu elmi nailiyyətlərə imza atıb.
Source : Maide
Comment