0
Saturday 7 April 2018 - 23:26

Həniyyə: Qayıdış aksiyaları Qəzzə sərhədində təhlükəsizlik nəzəriyyəsini alt-üst etdi!

Story Code : 716382
Həniyyə: Qayıdış aksiyaları Qəzzə sərhədində təhlükəsizlik nəzəriyyəsini alt-üst etdi!
Həmas müqavimət hərəkatının siyasi ofisinin rəisi İsmail Həniyyə son hadisələrdə şəhadətə çatmış müxbir Yasər Mürtəcanın dəfn mərasimində çıxışında deyib: Böyük Qayıdış aksiyaları Qəzzə sərhədində təhlükəsizlik nəzəriyyəsini alt-üst etdi və Fələstin xalqının öz idealları üzərində israrı bir daha təsdiqləndi. Bu gün Qayıdış şəhidlərimizdən birinin qarşısındayıq.

Bu şəhid həyatını qurban verdi ki, haqq ismarıcı və mühasirədə olan xalqımızın kimliyini dünyaya çatdırsın. Şəhid Yasər düşməni rüsvay etmək üçün çalışırdı. Elə bir düşmən ki, qətliama əl atır, xalqımızın qəlbinə qorxu salmaq istəyir.

Yada salaq ki, şəhid Yasər Qayıdış aksiyalarında sionistlər tərəfindən qətlə yetirilən on nəfərdən biridir. Bu hadisələrdə 1400 nəfər yaralanıb.
Source : Islamtimes
Comment