0
Wednesday 18 April 2018 - 00:48

Suriyada kimyəvi silahdan istifadənin əlamətlərini gizləmək mümkünsüzdür!

Story Code : 718948
Suriyada kimyəvi silahdan istifadənin əlamətlərini gizləmək mümkünsüzdür!
Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı (Organisation for the Prohibition of Chemical Weapons) 10 apreldə Suriyanın Duma şəhərində kimyəvi silahdan istifadə edilib edilməməsini yoxlamaq qərarına gəldi. 14 apreldə qrup yola düşməli idi. Amma Amerika və müttəfiqlərinin raket hücumu bu missiyaya mane oldu. Hazırda qrup Suriyaya yola düşüb və işə başlayıb.

Amerika iddia edir ki, Suriya hökuməti və Rusiya Dumada kimyəvi silahdan istifadənin əlamətlərini, nişanələrini məhv edib. Ekspertlər bu iddianı reallıqdan uzaq iddia adlandırıb. 1994-cü ildə BMT-nin müfəttişi kimi İraqda yoxlama aparmış mütəxəssis Anton Utkin bildirib ki, böyük bir ərazidə nişanələri məhv etmək mümkünsüzdür və bundan ötrü bütün ərazidə torpaq qatını buldozerlə ən azı 2 metr dərinikdə dəfn etmək lazımdır. Bu işi görmək üçün zaman lazımdır və hadisədən sonra belə bir iş üçün kifayət qədər zaman ötməyib.
Source : Islamtimes
Comment