İraq Suriyaya ordu yeritdi – İŞİD-ə qarşı əməliyyat
Story Code : 722903
Bu barədə İraqın Baş naziri Heydər əl-İbadi açıqlama verib. Nazir açıqlamasında əməliyyat əmrini Hərbi Hava Qüvvələrinə özünün verdiyini deyib.
Əməliyyatlar nəticəsində İŞİD-in Suriyanın şimal-şərq bölgəsindəki mövqeləri bombardman edilib. Son bir ayda Hasekedə keçirilən ikinci əməliyyat barədə İŞİD-in qərargahının hədəf alınmasından başqa heç bir məlumat verilmir.
Qeyd edək ki, İraq ordusunun aprelin 19-da keçirdiyi əməliyyat zamanı 36 İŞİD üzvünün məhv edildiyi açıqlanmışdı.