0
Monday 7 May 2018 - 19:25

İran XİN:“ABŞ sazişdən çıxsa ağır bədəl ödəyəcək”

Story Code : 722919
İran XİN:“ABŞ sazişdən çıxsa ağır bədəl ödəyəcək”
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi keçirdiyi həftəlik mətbuat konfransında deyib. Qasimi ABŞ prezidenti Donald Trampın bu sazişi pozacağı ilə bağlı hədələrinə toxunaraq bildirib ki, bu, o qədər də asan deyil: “Tramp Ağ Evə gəldiyi gündən sazişi pozacağı ilə hədələyir. Bu, sadə məsələ deyil. İranın ABŞ-ın atacağı bu addımın qarşısında atacağı addımlar çox ağır olacaq və onları bu hərəkətinə peşman edəcəyik. ABŞ-ın ödəyəcəyi ağır bədəl bu olacaq ki, daha dünya onlara inanmayacaq. ABŞ sazişi pozmaqla dünya ictimaiyyətinin düşüncəsində özünü öhdəliklərini yerinə yetirməyən bir ölkə kimi sübut etmiş olacaq”.
Source : Nur-az.com
Comment