SEPAH komandanı: "ABŞ bütün dünyaya etibarsız olduğunu bir daha sübut edib"
Story Code : 723415
APA-nın Tehran bürosunun məlumatına görə, o bildirib ki, Avropa müstəqil qərar qəbul etmək gücünə malik deyil.
"Nüvə sazişinin taleyi artıq məlumdur. Ölkənin tək inkişaf yolu daxili potensialdan istifadə etməkdir. ABŞ bir daha bütün dünyaya etibarsız olduğunu sübut etdi. Uranın zənginləşdirilməsi məsələsi ABŞ üçün bəhanə idi", - deyə M. Cəfəri vurğulayıb.
O qeyd edib ki, ABŞ-ın İranın nüvə proqramı ilə bağlı sazişdən çıxmasına ölkəsinin müdafiə gücü, bölgədəki fəaliyyəti və terrorizmlə mübarizədə nailiyyəti səbəb olub.