Taliban Əfqanıstanda yenidən hücum etdi: 42 nəfər həlak oldu
Story Code : 730669
Deyerler.org xəbər verir ki, Herat qubernatorluğunun sözçüsü Ceylani Fərhad Anadolu-ya verdiyi açıqlamasında, yaraqlıların Heratın Zavul rayonunun Əziz Abad kəndindəki hərbi məntəqəyə hücum etməsi nəticəsində 17 əsgərin həlak olduğunu söyləyib.
Hücumda bir əsgərin yaralandığını qeyd edən Ceylani Fərhad, hücumda baş verən qarşıdurmada 8 terrorçunun öldürüldüyünü, 10 nəfərin də yaralandığını bildirib.
Digər tərəfdən, Qunduzun Qaleyi Zal rayonunun başçısı Amanuddin Qüreyşi, yaraqlıların Qaleyi Zaldakı 4 hərbi məntəqəyə etdikləri paralel hücumlarda 25 döyüşçünün həlak olduğunu qeyd edib.
Qüreyşi hücumdan sonra baş verən qarşıdurmada 8 yaraqlının öldüyünü, 9 nəfərin də yaralandığını vurğulayıb.