0
Saturday 21 May 2011 - 23:01

İspaniyada da etirazlara start verildi

Story Code : 73486
İspaniyada da etirazlara start verildi
İspaniyada da etirazlara start verildi
Islam times.org/az/ - “Irna” agentliyinin verdiyi xəbərə görə dünən gecə (19may) minlər gənc İspaniyanın paytaxtı Madrid şəhərinin məşhur meydanı olan “Purata Delsul”-da ölkə iqtisadiyyatının vəziyyətinin bərbad halda olmasına etiraz olaraq aksiya keçiriblər.

Məlumdur ki, İspaniyada bu tip etrazlar tez-tez baş vermir. Lakin bu dəfə minlərin etirazları müşahidə olundu.

“Euronews” telekanalının verdiyi məlumata görə etirazçılar az müddət öncə Misir xalqının Təhrir meydanında nümayişlər keçirməklə inqilaba nail olmasından ilhamlanaraq ictimai şəbəkələr vasitəsi ilə öz ölkələrinin siyasətçiləri əleyhinə etirazlara başlayıblar.

Qeyd edək ki, İspaniya xalqı siyasətçilərdən iqtisadi fəsadın və işsizlik problemlərinin aradan qaldırmalarını tələb edirlər. Bununla yanaşı etiraz akisyaları digər şəhərlərdə də start götürüb. Çünkü, İspaniya əhalisinin 20 faizi işsizlik problemindən əziyyət çəkirlər.

Xatırladaq ki, İran İslam Respublikasının ali dini lideri Ayətullah əl üzma Xaməneyi bir müddət öncə İslam oyanışının avropanın qəlbində də baş verəcəyi proqnozunu vermişdi. O həmçinin qeyd etmişdir ki, hətta avropa ökələrində xalq kütlələri siyasətçilərin öz ölkələrinin idarəçiliyini Amerika və sionist İsrail rejiminin əlinə verdikləri üçün ayağa qalxıb etirazlar edəcəklər.
Translator :
Source : islamtimes
Comment