0
Monday 23 May 2011 - 11:32

ABŞ-da tornado qurbanlarının sayı 30 nəfəri keçib

Story Code : 73879
ABŞ-da tornado qurbanlarının sayı 30 nəfəri keçib
ABŞ-da tornado qurbanlarının sayı 30 nəfəri keçib
APA-nın məlumatına görə, qasırğa nəticəsində 30-dan artıq insan dünyasını dəyişib. Təbii fəlakət ən çox Minnesota və Missuri ştatlarına zərər vurub. Qasırğa Missuri ştatının Coplin şəhərində xəstəxana binasını uçurub, xəstəxanada olan 30-dək insan dağıntılar altında qalıb. Minneapolis şəhərində isə bir nəfər tornadonun qurbanı olub, 29 nəfər isə müxtəlif dərəcədə xəsarət alıb. Viskonsin ştatında güclü külək evlərin dam örtüklərini uçurub. Cənubdakı Texas ştatından şimaldakı Miçiqan ştatına kimi yerli hakimiyyət orqanları tornado təhlükəsi elan ediblər. Xatırladaq ki, mayın əvvəllərindən bəri tornado qasırğası ABŞ-da 300-dən çox insanın ölümünə səbəb olub.

Comment