0
Friday 27 July 2018 - 00:02

Qasim Süleymanidən Trampa: Ruhanini yox, məni təhdid et

Story Code : 740484
Qasim Süleymanidən Trampa: Ruhanini yox, məni təhdid et
Qasim Süleymanidən Trampa: Ruhanini yox, məni təhdid et

İran İnqilab Mühafizəçiləri Qüds Ordusu komandanı general Qasim Süleymani ABŞ Prezidenti Donald Trampa səslənib. Süleymani "Əgər (Tramp) təhdid dilindən istifadə etmək istəyirsə, mənimlə danışmalıdır, Prezident Həsən Ruhani ilə yox" deyib.
İslamazeri.com xəbər verir ki, İran Gənc Jurnalistlər Klubunun bildirdiyinə görə, Süleymani Həmədan şəhərindəki tədbirdə danışıb.
"Bir əsgər olaraq Trampın təhdidlərinə cavab vermək mənim vəzifəmdir" deyən Süleymani "Əgər o təhdid dilindən istifadə etmək istəyirsə, mənimlə danışmalıdır, Prezident Həsən Ruhani ilə yox" deyib.
İranda ərəbcə yayımlanan "Al Alam" televiziyasının bildirdiyinə görə, Süleymani həmçinin ABŞ əsgərlərinin Qırmızı dənizdəki mövcudluğunu tənqid edib.
Süleymani "Keçmişdə təhlükəsiz olan Qırmızı dəniz ABŞ-ın varlığı ilə artıq etibarlı deyil" deyə bildirib.
Qırmızı dəniz neft tankerləri üçün dünyadakı ən mühüm ticarət yollarından biri mövqeyindədir.
Süleymani həmçinin "Tramp bizim şəhidlər xalqı olduğumuzu və onu (şəhidliyi - red.) gözlədiyimizi bilməlidor" deyib.
İran Prezidenti Həsən Ruhani, həftənin əvvəlində verdiyi açıqlamada, nüvə müqaviləsindən imzasını götürərək ölkəsinə qarşı sanksiya siyasəti izləyən ABŞ rəhbərliyini "Aslanın quyruğu ilə oynamayın" deyərək xəbərdarlıq etmişdi.
ABŞ Prezidenti Tramp da buna qarşılıq "Twitter" səhifəsindən paylaşdığı mesajında, Ruhaniyə xitabən "Bir daha heç vaxt ABŞ-ı təhdid etmə, yoxsa tarixdə çox az adamın gördüyü nəticələrə dözərsən" deyə qeyd etmişdi.
 
Source : İslamazeri
Comment