0
Sunday 29 July 2018 - 01:26

General Qasim Süleymaninin çıxışından sonra ABŞ təkzib etdı

Story Code : 740876
General Qasim Süleymaninin çıxışından sonra ABŞ təkzib etdı
ABŞ-ın Müdafiə Nazirliyinin (Pentaqon) başçısı Ceyms Mettis ölkəsinin İranı vuracağı ilə bağlı KİV-də yayılan informasiyanı şərh edib.

Pentaqonun başçısı iddiaları “uydurma” adlandırıb.

“Avstraliya jurnalistlərinin bu məlumatı haradan aldığına dair fikrim yoxdur. Amma hazırda bu istiqamətdə qiymətləndirilən bir şey yoxdur. Bunun tamamilə uydurma olduğunu düşünürəm”, - o bildirib.

Xatırladaq ki, iki gün əvvəl ABC media korporasiyası Birləşmiş Ştatlar artıq növbəti ayda İranın nüvə obyektlərinə zərbələr vurmağa hazır olduğunu bildirib. Xəbərdə Avstraliya hökumətindəki mənbələrə istinad edilib.
Source : Nur.az.com
Comment