0
Tuesday 24 May 2011 - 15:29

Yəməndə hakimiyyət vəhşiliklərini davam etdirir

Story Code : 74213
Yəməndə hakimiyyət vəhşiliklərini davam etdirir
Yəməndə hakimiyyət vəhşiliklərini davam etdirir
"IslamTimes"-in verdiyi məluamata əsasən, Yəmən prezidenti Əli Abdullah Salehə bağlı qüvvələr bazar günü bir neçə şəhərin əsas küçələrini bağlamaqla digər müxaliflərin şəhərin mərkəzində etiraz aksiyası keçirən müxaliflərə qoşulmağının qarşısını almağa çalışıblar. Bazar günü Yəmən xalqı vəhdət günü münasibəti ilə küçələrə axışaraq, dövlət əleyhinə şüarlar səsləndiriblər. 

Yəmən prezidenti iki gün öncə ölkədə baş verən siyasi problemlərə görə "Fars körfəzi ölkələrinin əməkdaşlıq şurası"nın təklif etdiyi sazişi imzalamağa söz versə də, 3-cü dəfədir ki, bu olay baş tutmur. 

Abdullah Saleh hakimiyyətdə qalmaq üçün əlindən gələni əsirgəmir. O Yəmən xalqının onu hakimiyyətdə görmək istəməməsinə baxmayaraq, onlarla mübarizə aparır və istefa vermək barədə düşünmür.
Comment