0
Sunday 5 August 2018 - 18:53

İsveçli fəallar: “İsraildə işgəncəyə məruz qaldıq və əşyalarımız oğurlandı”

Story Code : 742656
İsveçli fəallar: “İsraildə işgəncəyə məruz qaldıq və əşyalarımız oğurlandı”

Deyerler.org Palinfo-ya istinadən xəbər verir ki, iyulun 29-u Avropadan gələn gəmi Qəzza suları və beynəlxalq sularda İsrail rejiminin dəniz qüvvələri tərəfindən saxlanılmışdı. Sionist əsgərlər gəmini limana aparmış və içindəki fəalları da bir neçə gün həbs etdikdən sonra, deportasiya etmişdi.
 
Gəmidə olan və həbs olunduqdan sonra ölkələrinə göndərilən Qayıdış gəmisindəki fəallardan İsveç vətəndaşları Divana Levrini və Çarli Andreasson, Stokholmdakı Arlanda Hava Limanına çatdıqdan sonra keçirdikləri mətbuat konfransında, gəmilərinin Qəzza sahillərindəki beynəlxalq sularda olanda İsrail rejiminin donanması tərəfindən saxlanıldığını deyiblər.
 
İsveçli fəallar Qayıdış gəmisində olanların dəfələrlə sionist əsgərlərə beynəlxalq sularda olduqlarını söyləmələrinə baxmayaraq, İsrail rejiminin qüvvələrinin gəmiyə çıxıb fəallara qarşı güc tətbiq etdiklərini və həyatlarını təhlükəyə atdıqlarını qeyd ediblər.
 
Levrini belə bir açıqlama ilə çıxış edib: “Sionist əsgərlər Andreassona hücum etdi, başına, kürəyinə, boyun, qol və ayaqlarına zərbə vurub onu yerə sərdikdən sonra, bədənini ayaqları ilə təpiklədilər. Başqa bir fəal da hücum nəticəsində boynundan yaralandı və yarasından qan axmağa başladı. Sionist əsgərlər bəzi fəalları da ikinci mərtəbədən birinci mərtəbəyə atdılar”.
 
Özünün də hücuma məruz qaldığını xatırladan Levrini, belə davam edib: “Əsgərlər gəmini ələ keçirmək istəyəndə başımdan zərbə aldım, kapitanımız da ölümlə təhdid edildi. Orada ölə bilərdik. Məhbus olduğumuz dörd gün ərzində işgəncəyə məruz qaldıq. Zindanda yuxuya getməyimizə icazə vermədilər. Keşikçilər bizi daim ayağa qaldırırdılar. Psixoloji təzyiq və işgəncələrə məruz qaldım. Dərmanımı qəbul etməyimə icazə vermədilər. Baş verənlərdən sarsıldım”.
 
Çarli Andreasson adlı isveçli fəal isə, əsgərlərin hücum vaxtı ona aid xüsusi əşyalarından sığorta vəsiqəsi, telefon və digər əşyalarını oğurladıqlarını deyib.
 
Source : Deyerler
Comment