"IslamTimes" "FarsNews"-a istinadən xəbər verir ki, işğalçı İsrail rejimi yaxın zamanlarda sürətli bir əməliyyatla Misirdə qarışıqlıq yaradaraq, bu ölkənin mühüm şəxsiyyətlərini terror etmək niyyətindədir.
"Ruzul-Yəvsif" qəzeti bu xəbəri ifşa etməklə yanaşı Mossadın ABŞ-da CİA-ya məxsus məntəqələrdə müxtəlif terrorçu qruplara təlim keçdiyinə aid fotolar da dərc edib. Fotoda terrorçu qruplara ABŞ meşələrində Mossadın yüksək rütbəli zabitlərinin təlim keçdiyi müşahidə edilir.
İsrailin terror siyahısında Misir prezidentliyinə namizədliyini irəli sürəcək üç mühüm şəxsin də olduğu bildirilir. Bu üç namizədin Əmr Musa, Məhəmməd əl-Bəradeyi və Həmdin Səbahi olduğu bildirilir.
Bu üç namizəddən əlavə İxvanul-muslimin üzvlərinin də terror edilməsinin planlaşdırıldığı bildirilir.