0
Wednesday 8 August 2018 - 16:34

İraq hökuməti 5 İŞİD-çini asaraq edam etdi

Story Code : 743315
İraq hökuməti 5 İŞİD-çini asaraq edam etdi
İraq hökuməti 5 İŞİD-çini asaraq edam etdi
İslamazeri.com-un “Al-Sumaria” telekanalına istinadən verdiyi xəbərə əsasən, İraqda İŞİD terror təşkilatının 5 üzvü asılaraq edam edilib.
Bu haqda məlumatı İraqın Ali Məhkəmə Şurasının rəsmi təmsilçisi Əbdül Səttar Birkadar verib.
“Mərkəzi cinayət məhkəməsi 5 müttəhimin İŞİD terror qruplaşmasına olan mənsubiyyətini gözdən keçirib. Onlar (İŞİD) qruplaşmasının bir neçə dəstəsində fəaliyyət göstəriblər.”, - deyə Əbdül Səttar Birkadar bildirib.
Onun sözlərinə görə, məhkumlar ölkənin Neynəva və Ənbar bölgələrində orduya qarşı döyüşlərdə iştirak ediblər.
Xatırladaq ki, İŞİD terror təşkilatının məğlubiyyətindən sonra, İraq rəhbərliyi adıçəkilə qruplaşmanın 20 minə yaxın üzvünü tutub.
 
Source : Islamazeri
Tagged
iraq işid
Comment