0
Thursday 9 August 2018 - 19:53

Səudiyyə Ərəbistanın Yəməndə cinayətləri davam edir: Məktəb avtobusuna hücum – 42 ölü

Ölən şagirdlərin çoxu 10 yaşdan kiçik məktəblilərdir
Story Code : 743600
Səudiyyə Ərəbistanın Yəməndə cinayətləri davam edir: Məktəb avtobusuna hücum – 42 ölü
Səudiyyə Ərəbistanın Yəməndə cinayətləri davam edir: Məktəb avtobusuna hücum – 42 ölü
Maide.az “Dünya bülleteni”nə istinadən xəbər verir ki, hücum nəticəsində 43 şagird ölüb. Vilayətin səhiyyə idarəsi 61 nəfərin yaralandığını açıqlayıb.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin Yəməndəki nümayəndəliyinin rəhbəri Yohannes Bruver avtobusdakı şagirdlərin çoxunun 10 yaşdan kiçik olduğunu bildirib.
Qeyd edək ki,  Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2015-ci ildən indiyədək Yəmənə amansız hücumları və təcavüzü nəticəsində rəsmi məlumatlara görə 10 mindən çox uşaq və qadın həyatını itirib. Qeyri rəsmi məlumatlara görə, ölənlərin sayı 50 min nəfərdən çoxdur. Ölkəyə huanitar yardımın əngəllənməsi səbəbindən kütləvi xəstəliklər hökm sürür. 3 milyon 400 min nəfərdən çox Yəmənli  evlərindən didərgin düşüb. 
 
Source : Maide
Tagged
yəmən
Comment