0
Saturday 11 August 2018 - 17:02

Ərdoğan: “İran, Çin və Rusiya iqtisadi müharibədə yanımızdadır”

Story Code : 743943
Ərdoğan: “İran, Çin və Rusiya iqtisadi müharibədə yanımızdadır”
Ərdoğan: “İran, Çin və Rusiya iqtisadi müharibədə yanımızdadır”
Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, Bayburtda çıxış edən prezident Ərdoğan, valyuta məzənnələrində olan artıma toxunub və deyib ki, hücumlara baxmayaraq, böyüməyə davam edəcəklər. Fikirlərinin davamında belə danışıb: “Faiz lobbisi bu millətin kürəyindən vuraraq, qazana bilməz. Sələm lobbisinə müraciət edirəm, əbəs yerə həvəsli olmayın. Bu milləti çökdürə bilməzsiniz. Bunlar bizim üçün ancaq hədəflərimizə getdiyimiz yollarda periodik vasitələr ola bilər.
 
İrandan Rusiyaya, Çindən bəzi Avropa ölkələrinə qədər fərqli alternativlər mövzusunda mühüm məsafələr qət etmişik. Türkiyəyə arxalanan, sərmayə qoyan, Türkiyə ilə birlikdə yol gedən hər kəs mütləq qazanır.
 
İqtisadiyyat tətikçilərinə təslim olmayacaq, varımızla-yoxumuzla mübarizə aparacağıq. Haramzadələrə ən yaxşı cavab daha çox çalışmaqdır. Millətimizin bütün üzvlərini əllərindəki imkanlarını istehsal yolunda, ixracat yolunda, məşğulluq yolunda səfərbər etməyə dəvət edirəm. Bu oyunu birlikdə pozaq”.
 
Source : Deyerler
Comment