0
Sunday 12 August 2018 - 20:24

Ayətullah Xamenei: Korrupsionerlərin cəzalandırılması sürətləndirilsin

Story Code : 744228
Ayətullah Xamenei: Korrupsionerlərin cəzalandırılması sürətləndirilsin
Ayətullah Xamenei: Korrupsionerlərin cəzalandırılması sürətləndirilsin
İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, dünən İran İslam Respublikası məhkəmə hakimiyyətinin sədrinin məktubuna cavabında "Korrupsionerlərin cəzalandırılması sürətli və ədalətli şəkildə həyata keçirilsin.", -deyə qeyd edilib.
 İran İslam Respublikası məhkəmə hakimiyyətinin sədri Ayətullah Sadiq Amuli Laricani son günlər İslam inqilabının rəhbərinə bir məktub ünvanlayaraq düşmənlərin İran xalqına qarşı iqtisadi müharibəsinə və belə bir şəraitdə iqtisadi təxribatçılar və korrupsionerlərin düşmənlərin məqsədləri istiqamətində müəyyən cinayətlər törətmələrinə toxunulur və istənilmişdi ki, ölkənin iqtisadi sistemində təxribat törədənlərin cəzalandırılması qanunu və islami cəza qanunu çərçivəsində qətiyyətli və sürətli qarşılaşma istiqamətində xüsusi tədbirlərə icazə verilsin.
 Bu məktubda təklif edilmişdi ki, iqtisadi təxribatçılar və korrupsionerlərin cəzasının azaldılması yaxud ləngidilməsi qadağan edilsin.
 İslam inqilabının rəhbəri bu təkliflə razılaşaraq "Korrupsionerlərin cəzalandırılması sürətli və ədalətli şəkildə həyata keçirilsin və məhkəmələrin hökümlərinin yəqinliklə çıxarılmasına lazımı diqqət göstərilsin.", -deyə təsdiqləyib.
 
Source : Islamazeri
Tagged
xamenei
Comment