0
Sunday 2 September 2018 - 20:46

Vəhabilər Afrikada 30 hərbçini qətlə yetirdi

Story Code : 747691
Vəhabilər Afrikada 30 hərbçini qətlə yetirdi
İslamazeri.com-un AFP-yə istinadən verdiyi xəbərə əsasən, “Boko Haram” terror təşkilatının döyüşçüləri Nigeriyanın şimal-şərqində Nigerlə sərhədin yaxınlığındakı hərbi bazaya hücum ediblər. Nəticədə 30 hərbçi həlak olub.
“Biz “Boko Haram” terrorçuları ilə döyüşdə azı 30 nəfərimizi itirdik. Terrorçular cümə axşamı günü 16.00 radələrində Zari şəhərində hərbçilərimizə hücum ediblər.”, - deyə hərbi mənbədən bildiriblər.
Qeyd edək ki, “Boko Haram” İŞİD terror təşkilatına beyət etmiş terrorçu qruplaşmadır.
 
Source : Islamazeri
Tagged
boko haram
Comment