0
Wednesday 12 September 2018 - 17:33

ABŞ İranı hədələdi: İraqda bizə hücum olsa, cəld və qəti cavab verəcəyik

Story Code : 749662
ABŞ İranı hədələdi: İraqda bizə hücum olsa, cəld və qəti cavab verəcəyik
ABŞ İranı hədələdi: İraqda bizə hücum olsa, cəld və qəti cavab verəcəyik
İslamazeri.com-un “Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ İranı “cəld və qəti cavabla” hədələyib
“Son bir neçə gün ərzində biz İraqda təhlükəli həmlələr görürük, o cümlədən də ABŞ-ın Bəsrədəki konsulluğuna və Bağdaddakı ABŞ səfirliyinə qarşı.”, - deyə Ağ Evdən bildiriblər.
Ağ Ev İranı İraqdakı etirazlarla bağlı “iş görməməkdə” ittiham edib. Rəsmi Vaşinqtonun fikrincə, həmin etirazlar rəsmi Tehran tərəfindən “maddi dəstəklənir və silahla təmin edilir”.
“ABŞ bizim personalımıza və ya hökumət obyeklətinə ziyan vuracaq istənilən hücuma görə Tehran rejimini məsuliyyətə cəlb edəcək. ABŞ amerikalıların canlarının qorunması üçün cəld və qəti şəkildə cavab verəcək.”, - deyə qeyd edilib.
Xatırladaq ki, minlərlə nümayişçi İraq hökumətindən Bəsrədə içməli su və elektrik enerjisi ilə bağlı yaranmış vəziyyətin yaxşılaşdırılmasını tələb edir.
Qeyd edək ki, Bəsrədəki hadisələr hələ iyul ayında başlayıb.
 
Source : Islamazeri
Tagged
Iran iraq
Comment