0
Thursday 13 September 2018 - 15:12

İraqda Sədr və Amiri hökuməti qurmaq üçün razılaşdı

Story Code : 749850
İraqda Sədr və Amiri hökuməti qurmaq üçün razılaşdı
İraqda Sədr və Amiri hökuməti qurmaq üçün razılaşdı
Deyerler.org PressTV-yə istinadən xəbər verir ki, Sədrə yaxın mənbələrin verdiyi məlumata görə, Amiri Nəcəf şəhərinin Hannana bölgəsində Sədri öz evində ziyarət edib. Görüşdə bir müddətdir baş verən siyasi münaqişələr səbəbilə axsayan hökumətin qurulması işləri müzakirə olunub. Sədr və Amiri Sairun və Fəth Koalisiyalarının qısa bir vaxtda parlamentdə ən böyük koalisiya yaradaraq, hökuməti formalaşdırmaq məsələsində ortaq fikrə gəliblər.
 
 
Parlamentin şənbə günü keçiriləcək iclasında sədr və müavinlərinin seçilməsi gözlənilir. Parlamentdə qurulacaq ən böyük koalisiya hökumətin qurulması vəzifəsini alacaq.
 
Digər tərəfdən, Sədr və Amirinin görüşündən sonra İraqın baş naziri Heydər Əl-Əbadinin lideri olduğu Nasr koalisiyasından verilən yazılı bəyanatda, baş nazir namizədlərinin Heydər Əl-Əbadi olduğu bildirilib.
 
Source : Deyerler
Comment