0
Saturday 28 May 2011 - 07:18

“Ruslan Bəşirli altı ildir həbsxanada çürüdülür”

Story Code : 75026
“Ruslan Bəşirli altı ildir həbsxanada çürüdülür”
“Ruslan Bəşirli altı ildir həbsxanada çürüdülür”
- İlham Əliyev əfv fərmanı imzalayıb. Fərman ümumilikdə 90 nəfərə şamil olunub ki, onlardan 70 nəfəri cəzanın çəkilməmiş hissəsindən azad edilib. İki nəfərin cəzasının qalan hissəsi yarıyadək azaldılıb. Əfv olunanlardan 10 nəfəri azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərdir. Həmçinin islah işlərinə məhkum edilmiş iki nəfər də əfvin təsiri altına düşüb. Altı nəfər cərimə cəzasına məruz qalmış şəxs də bu cəzadan azad edilib.
Bu əfv fərmanı yəqin ki, hələ uzun müddət müzakirə mövzusu olacaq. Çünki azadlığa çıxanlar arasında illərdir yerli və beynəlxalq ictimaiyyətin azadlığa buraxılmasını tələb etdiyi "Realnıy Azerbaydjan" və "Gündəlik Azərbaycan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev də var. Eynulla Fətullayev 2007-ci il aprelin 20-dən - 1496 gündür ki, həbsdə idi.
Dünən azadlığa buraxılanlar sırasında bir neçə başqa siyasi məhbuslar da var. Məsələn, keçmiş səhiyyə naziri Əli İnsanovla birlikdə həbs olunan şəxslərdən Fəxrəddin Abbasov, Pərviz Kazımov, Akif Məhərrəmov, Anar Namazov, Eldar Rzayev də azadlığa buraxılıb. Qeyd edək ki, ixtisasca həkim-cərrah olan Anar Hamazov Əli İnsanovun bacısı oğludur. Adları çəkilən digər şəxslər isə Əli İnsanovun dövründə Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıblar.
Bundan başqa, ABŞ səfirliyinin yerləşdiyi ərazidə köçürülən ailələrə çatası pulların mənimsənilməsinə görə 11 il azadlıqdan məhrum edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının keçmiş müavini Eldəniz Lahıcov da dünən azadlığa çıxıb. Həmçinin keçmiş polis rəisi Müşfiq Mədətov da əfv olunanlar sırasındadır.
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Eynulla Fətullayevin azadlığa buraxılmasına müsbət hadisə kimi dəyərləndirsə də, ümumilikdə bu fərmanın siyasi məhbus problemini həll etmədiyini vurğulayıb: "Çox sevinirəm ki, Eynulla Fətullayev buraxıldı, bu münasibətlə onun valideynlərini təbrik edirəm. Bununla belə, ürəyim ağrıyır. Ruslan Bəşirli kimi gənc altı ildir ki, həbsxanada çürüdülür. Bəllidir ki, Eynulla Fətullayevi beynəlxalq aləm qarşısındakı biabırçılığa görə buraxdılar. Çünki Avropa Məhkəməsinin qərarının icra olunmaması sözün həqiqi mənasında biabırçılıqdır. Amma bu fərmanla siyasi məhbus probleminin həll olunduğunu söyləmək mümkün deyil. Çünki bir nəfəri buraxırlar, əvəzinə 15 nəfəri tuturlar. Görün, son iki ayda mitinqlərə görə nə qədər insanı həbsxanaya salıblar..." /HaqqYolu/

Comment