0
Saturday 28 May 2011 - 11:03

Hizbullah İsrail üçün ən böyük təhlükədir

Story Code : 75070
Hizbullah İsrail üçün ən böyük təhlükədir
Hizbullah İsrail üçün ən böyük təhlükədir
Islam times.org/az/ - Müxbirimizin "United Press İnternational" xəbər agentliyinə istinadən bildirdiyinə görə, Sionist İsrailin sabiq qərargah qəisi "Gaby Ashkenazi" İran İslam Respublikası, Livanın Hizbullah Hərəkatı və Suriyayla əlaqədar etdiyi açıqlamasında ABŞ-ı İrana qarşı hərbi əməliyyat tətbiqinə çağırıb.

Fevral ayında baş qərargah rəisi vəzifəsindən vidalaşan Aşkenazi, Tel Əvivin Barılan Universitetində etdiyi çıxışı zamanı İsrailin, İrana hərbi müdaxiləyə hazırlığını gündəmdə saxlamağın vacib olduğunu bildirib.

Aşkenazi əlavə olaraq Livanın Hizbullah Hərəkatının İsrail üçün "ən böyük təhlükə" olduğunu etiraf etməklə yanaşı "Suriya, Orta Şərqdə ən böyük silah anbarlarına sahibdir. Bu ölkənin bir çox kimyəvi silahı vardır” kimi fikirlər irəli sürdü.

Sionist rejim Ordusunun sabiq rəhbəri Livanın Hizbullah hərəkatı ilə bağlı "Hizbullah bu gün İsrailin istədiyi hər bir nöqtəsini mərmiylə vura biləcək qüvvəyə malikdir. Lakin Hizbullah "Əl-Cəlil"i işğal etməyə qadir deyil. HƏMAS da "Naqab" səhrasını əldə edə bilməyəcək" dedi.
Translator :
Source : islamtimes
Comment