0
Wednesday 26 September 2018 - 13:27

Frenk Fon Hippel: Trampın çıxışı quldurluq idi!

Story Code : 752306
Frenk Fon Hippel: Trampın çıxışı quldurluq idi!
Prinston Universitetinin qlobal təhlükəsizlik üzrə professoru, Ağ Evin milli təhlükəsizlik üzrə sabiq müşaviri   Frenk Fon Hippel (Frank N. von Hippel) Mehr şəbəkəsi ilə söhbətdə Donald Tramp və onun BMT-nin 73-cü toplantısında çox quldur çıxışına münasibət bildirib. Hippel deyib:
Trampın çıxışı rüsvayçılıq idi. O, İranı Yaxın Şərqdə problemlərin əsas səbəbkarı adlandırdı. Bu çox birtərəfli baxışdır. Onlar çalışırlar ki, İran özü nüvə razılaşmasından çıxsın və əllərinə bəhanə düşsün. Con Bolton kimilərinin İranda hakimiyyəti dəyişmək istəkləri çox təhlükəlidir. Mən ümid edirəm ki, İran bu tələyə düşməyəcək. Bəli, sanksiyalar İrana ağır zərbə vurur. Amma İran heç bir halda nüvə razılaşmasından çıxmamalıdır. İran nüvə razılaşmasının digər iştirakçıları ilə iqtisadi zərəri minimuma endirə bilər. Tramp dövləti çox radikaldır. O bir quldurdur. Düşünür ki, Amerika güclüsə, bütün ölkələrin əvəzinə qərar çıxara bilər. Tramp həm İran neftinin ixracını əngəlləmək istəyir, həm də bilir ki, bu halda neftin qiyməti bahalaşacaq.  Tramp neft ölkələrini neft hasilatını artırmağa razı sala biləcəkmi? Məlum deyil!
 
Source : IslamTimes