Suriya: ABŞ-ın Ət-Tənf bazasındakı terrorçular şimala köçürülür
Story Code : 752493
Amerikanın Suriyanın Homs vilayətindəki Ət-Tənf bazası terrorçuların təlim düşərgəsi kimi məşhurdur. Artıq Rusiya ilə Amerika arasında razılaşma əldə edilib ki, Ət-Tənf bazasındakı terrorçular Suriyanın şimalına köçürülsün. Razılaşmaya əsasən, Amerika hərbçiləri ilə əlaqədə olan bütün silahlılar ərazini tərk etməlidir. Rusiya ilə Amerika arasında əldə olunmuş razılaşma sülh razılaşması xarakteri daşıyır. Silahını təhvil verib adi həyata qayıtmaq istəyənlər barədə müzakirə aparılacaq.