0
Sunday 29 May 2011 - 06:31

Misirlə Qəzza bölgəsi arasındakı “Rəfah” keçidi işləməyə başlayıb

Story Code : 75256
Egypt - Gaza
Egypt - Gaza
Keçidin ötən gün səhərdən tam həcmdə fəaliyyət göstərməsi ilə bağlı qərarı Misir rəhbərliyi qəbul edib. Yerli vaxtla saat 9.00-da (Bakı vaxtı ilə saat 12.00) sərhəd keçidi hər iki istiqamətdə işləməyə başlayıb. Bir neçə avtobus Qəzza sektorunun onlarla sakinini Misirin Rəfah şəhərinə aparıb.

Qaydalara görə, “Rəfah” keçid məntəqəsi cümə günləri və rəsmi bayramlar istisna olmaqla həftənin bütün günləri saat 9.00-dan 17.00-adək işləcəyəcək.

Qəzza bölgəsində yaşayan fələstinlilərin əksəriyyəti əvvəlcədən Misir vizası almaqdan azaddır. Lakin 18-40 yaşlı kişilər Misir ərazisinə daxil olmaq və ya Misir ərazisindən keçməklə Qəzza bölgəsinə qayıtmaq üçün Misirin diplomatik nümayəndəliklərindən razılıq almalıdırlar.

“Rəfah” sərhəd məntəqəsi blokada şəraitində yaşayan 1,5 milyon fələstinlinin xariclə yeganə nəqliyyat yoludur.

Comment