0
Sunday 30 September 2018 - 09:23

Əl-Hüsi: BƏƏ əvvəlcə Əhvaz terrorunun məsuliyyətini öz üzərinə götürsün

Story Code : 752965
Əl-Hüsi: BƏƏ əvvəlcə Əhvaz terrorunun məsuliyyətini öz üzərinə götürsün
Yəmən Ali İnqilab Komitəsinin rəisi Məhəmməd Əli Əl-Hüsi Birləşmiş Ərəb Əmirliyinin ABŞ-dakı səfiri Yusif Əl-Utəybənin böhtanlarını cavablandırıb. Əmirlik səfiri Amerikada sionistlərlə müştərək toplantıda İran haqqında deyib: Yəmən İranla mübarizə üçün ən münasib meydandır!!
Əl-Hüsi Əmirlik səfirinin ittihamlarına cavab olaraq deyib: Əmirlik əvvəlcə Əhvazda hərbi parad zamanı terror hadisəsinin məsuliyyətini öz üzərinə götürsün, sonra Yəmənin mühasirəsini və bu ölkədə uşaq qırğınını davam etdirsin.
Nyu-Yorkda baş tutmuş anti-İran toplantıda Ərəbistan  və Bəhreyndən də amerikapərəst nümayəndələr iştirak edib. Bu barədə Ən-Nəşrə informasiya şəbəkəsi məlumat verib.
 
 
 
Source : IslamTimes
Tagged
yəmən