0
Monday 1 October 2018 - 08:57

Dubay sərmayə yatırımı üçün təhlükəlidir

Story Code : 753178
Dubay sərmayə yatırımı üçün təhlükəlidir
Yəmən ordusunun rəsmi sözçüsü Şərəf Loğman bildirib ki, Ərəbistan koalisiyası, o cümlədən Əmirliyin Yəmənə hərbi təcavüzü dayandırılana qədər Əmirlik sərmayə yatırımı üçün təhlükəlidir. Ordu sözçüsü deyib: Bizim Ərəbistanın Cizan və Əmirliyin Dubay şəhərlərində keçirdiyimiz əməliyyatlar müdafiə gücümüzün artmasına sübutdur. Əmirliyin hərbi təcavüzü davam etdikcə Yəmən raketləri və dronları Dubayı vuracaq.  Ərəbistanın sahil qvardiyasının katerini Əl-Hədidədə balıqçı qayıqlarımızın vurulmasına cavab olaraq hədəfə almışıq.
Xatırladaq ki, Yəmən ordusu Dubay hava limanını vurandan sonra  şəhərdən uçuşlar təxirə salınıb.  
 
Source : IslamTimes