0
Monday 8 October 2018 - 07:26

Xəzərdən  Kalibr raketləri buraxılıb

Story Code : 754554
Xəzərdən  Kalibr raketləri buraxılıb
Rusiya hərbi donanmasının raket gəmiləri Xəzər dənizində təlimlər keçirir.  Rusiya ordusu Cənub Hərb Dairəsinin mətbuat katibi Vadim Astafyev bu barədə açıqlama verib. Gəmilər təlim zamanı Çeçen adasındakı nöqtələri Kalibr yüksək dəqiqlikli silahlardan hədəf alıb. Dağıstan və Tatarstan raket gəmiləri adadakı şərti rəqibi vurma missiyasını başa çatdırıb. 180 kilometr məsafədəki hədəfə iki Kalibr raketi atılıb. Təlimlərdə 7 min hərbçi, 20 təyyarə, 60 helikopter iştirak edib.
 
Source : IslamTimes