0
Tuesday 31 May 2011 - 05:50

Ölümcül xəstəlik Avropaya sürətlə yayılır

Story Code : 75763
Ölümcül xəstəlik Avropaya sürətlə yayılır
Ölümcül xəstəlik Avropaya sürətlə yayılır
Milli.Az xəbər portalı AFP-yə istinadən bildirir ki, Almaniyada 10 nəfərin ölümünə, 274 nəfərin də xəstəxanaya düşməsinə səbəb olan enterogemorragik "Escherichia coli" bakteriyası (EHEC) artıq Avropada yayılmaqdadır.

Almaniya və İsveçdən sonra bakteriya Çexiyada da aşkarlanıb. Fransada EHEC-ə yoluxmaqda şübhəli bilinən 3 nəfər xəstəxanaya yerləşdirilib.

Almaniyada EHEC xəstəsi olanların sayı 1000 nəfəri keçib. Bakteriya daha çox Hamburqda yayılıb - burada 475 xəstə var.

Berlindəki mütəxəssislər isə bakteriyaya yoluxacaq xəstələrin sayının 10 dəfə artacağından ehtiyatlanırlar: "Hər şey indiki sürətlə davam edərsə, ölənlərin sayı da 10 dəfə artacaq".
Bu gün Almaniyadakı bütün "McDonalds" restoranlarındakı menyulardan xiyar çıxarılıb.

Son məlumatlara görə, EHEC bakteriyası Danimarka və Finlyandiyada da aşkarlanıb.
Xatırladaq ki, Almaniyada EHEC bəlasının səbəbi İspaniyadan idxal edilmiş xiyardır.

Comment