General Kövsəri: Səudiyyəni hədələdi: "Liderləri cavab verməlidir”
Story Code : 757742
“Səudiyyə Ərəbistanı asanlıqla çıxa bilməyəcəyi bir çuxura düşüb. Səudiyyə rəhbərləri səudiyyəli jurnalist Camal Xaşuqcinin Türkiyədəki konsulluqlarında öldürülməsindən dünyanın və regionun diqqətini yayındırmağa çalışırlar”, – İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) təhlükəsizlik rəhbərinin müavini, briqada generalı İsmayıl Kövsəri oktyabrın 23-də İranın Mehr xəbər agentliyinə deyib.
“Bu cinayətin bu metodlarla asanlıqla silinməyəcəyini bilməlidirlər. Səudiyyə liderləri hərəkətlərinə görə, cavab verməlidirlər”, – Kövsəri deyib.