0
Wednesday 21 November 2018 - 19:56

Qətər əmiri Livan prezidentinə məktub yazıb

Story Code : 762579
Qətər əmiri Livan prezidentinə məktub yazıb
Qətər əmri Təmim bin Həməd Ali-Sani Livan prezidenti Mişel Ouna məktub ünvanlayıb. Məktubu Qətərin Livandakı səfiri Məhəmməd Həsən Cabir Əl-Cabir Livan prezidentinin qəbulunda olarkən təqdim edib. Məktubda iki ölkə arasında münasibətlərin əhəmiyyəti və genişləndirilməsi zərurəti vurğulanır. İordaniya mətbuatında xəbər verilir ki, Qətər əmiri Livan prezidentinin 2019-cu il 19,20 yanvarda Beyrutda keçiriləcək iqtisadi foruma dəvətini cavablandırıb.
 
Source : IslamTimes
Tagged
livan