İşğalçı sionist rejimlə Qəzzə arasında atəşkəs müzakirəsini əngəlləyən səbəblərdən biri də Tel-Əvivin şərtləridir. Tel-Əviv atəşkəs üçün iki şərt irəli sürür. Biri Qəzzə ilə işğal olunmuş ərazi arasında bufer zonasının yaradılması, ikincisi yəhudi qəsəbələrinin yaxınlığında tunel tikintisinin dayandırılmasıdır. Həmas bu şərtləri rədd edir. Vasitəçilik edən Misir səylərini davam etdirəcək. Əl-Sisi hətta Həması razı salmaqla atəşkəsə nail olmağa çalışır.