0
Sunday 16 December 2018 - 17:45

Qüds parçalanmayacaq!

Story Code : 767028
Qüds parçalanmayacaq!
Malayziya baş naziri Mahatir Muhammad Qüdsün rəsmən İsrailin paytaxtı kimi tanınması hadisəsinə münasibət bildirib. Az öncə Avstraliyanın baş naziri  Skot Morrison (Scott John Morrison) Qüdsü rəsmən İsrailin paytaxtı kimi tanıdıqlarını və öz səfirliklərini Qüdsə köçürəcəklərini bildirmişdi. Mahatir Muhammad deyib: Qüdsi ikiyə parçalamağa kimsənin ixtiyarı çatmır.  Yerusəlim (Qüds) bugünkü kimi qalmalıdır və Fələstinə məxsusdur. Nə üçün buna haqqı çatmayanlar ərəbləri yəhudilərdən ayırmaq istəyir?
Malayziyanın baş naziri də bu ərazidə iki dövlət yaradılması ideyasını dəstəkləyənlərdəndir. Yada salaq ki, ötən il dekabr ayında ABŞ prezidenti Tramp Qüdsü İsrailin paytaxtı elan edib.   
 
Source : IslamTimes
Tagged
qüds