0
Wednesday 30 January 2019 - 15:27

Venesuelanın Ali Məhkəməsi Xuan Quaydonun xaricə çıxmasını qadağan etdi

Story Code : 775158
Venesuelanın Ali Məhkəməsi Xuan Quaydonun xaricə çıxmasını qadağan etdi
Deyerler.org Reuters-ə istinadən xəbər verir ki, məhkəmənin sədri Maykel Moreno parlamentin sədri Xuan Quaydo hakkındaki ehtiyat tədbirlərinin təsdiqləndiyini açıqlayıb.
 
Morano sosial şəbəkədən verdiyi açıqlamasında bunları qeyd edib: “(Quaydo) Haqqındakı istintaq başa çatana qədər ölkədən icazəsiz çıxmaq qadağası, maliyyə imkanlarının əldən çıxarması, bank hesabları və ya Venesuela torpaqlarında sahib olduğu digər maliyyə alətlərinin dondurulması ehtiyat tədbirləri təsdiqlənmişdi”.
 
Xatırladaq ki, Venesuelanın baş prokuroru Tarek Vilyam Saab yanvarın 29-u Quaydoya qarşı ehtiyat tıədbirlərinin təsdiqlənməsi üçün Ali Məhkəməyə müraciət etmişdi.
 
Source : Deyerler
Tagged
Venesuela
Comment