0
Wednesday 30 January 2019 - 15:31

Ənsərullah lideri Seyid Əbdülməlik Əl-Husi Yəməndəki son vəziyyətdən danışdı

Story Code : 775159
Ənsərullah lideri Seyid Əbdülməlik Əl-Husi Yəməndəki son vəziyyətdən danışdı

Deyerler.org Təsnimə istinadən xəbər verir ki, Yəmənin paytaxtı Sənaya səfər edən BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffitsi qəbul edən Seyid Əbdülməlik, Səudiyyə rejiminin koalisiyasının razılaşmanın tətbiq olunmasına mane olan addımlarını tənqid edib.
 
Koalisiya qüvvələrinin dinc sakinlərı hədəfə almasının qəbuledilməz olduğunu qeyd edən Əl-Husi, Səna beynəlxalq aeroportunun da bağlı olmasının qeyri-insanı bir addım olduğunu və xəstələr başda olmaqla tələbələr və tacirlərin xaricə gedə bilmədiklərini qeyd edib.
 
Stokholm razılaşmasının tələbi ilə əllərindəki əsirləri təhvil verməyə hazır olduqlarını söyləyən Seyid Əbdülməlik, Ər-Riyad rəhbərliyinin isə, əsir dəyişdirilməsi məsələsində ciddi olmadığını bildirib.
 
Martin Qriffits səfər çərçivəsində Yəmənin Ali Siyasi Şurasının sədri Mehdi Əl-Məşatla da görüşüb.
 
Mehdi Əl-Məşat bu görüşdə Qriffitsə Səudiyyə rejimi–BƏƏ koalisiyasının Yəmən müharibəsini və hücumlarını dayandırmaq istəmədiyini qeyd edib.
 
Koalisiyanın davam edən hücumları və blokadasının müzakirə olunduğu görüşdə, Yəməndəki humanitar böhran və İsveç müqaviləsinin tətbiq edilməsinin miqyası nəzərə alınaraq, qiymətləndirilib.
 
BMT-nin xüsusi nümayəndəsinin Yəmənə qarşı hücum və blokadanın səbəb olduğu humanitar fəlakətin çəkisini azaltmaq üçün edilən səyləri dəstəkləməsini məmnunluqla qarşılayan Əl-Məşat, təcavüzkar qüvvələrin müharibəni və hücumlarını dayandırmaq istəmədiklərini vurğulayıb.
 
Əl-Məşat müharibəyə muzdlu əsgərlər tərəfindən yox, səudiyyəlilər tərəfindən son qoyula biləcəyini söyləyib.
 
Qriffits də öz növbəsində İsveç razılaşmasının tətbiq olunmasının əhəmiyyətinə toxunaraq, tərəfləri razılaşmaya riayət etməyə məcbur etmək üçün çalışacağını bildirib.
 
Source : Deyerler
Comment