Həmas və İslam Cihadı təşkilatlarının Qahirə səfəri
Story Code : 775938
Al-Araby Al-Jadeed agentliyi Fələstindən iki nümayəndə heyətinin - Həmas və İslam Cihadı təşkilatlarının Qahirəyə səfərindən xəbər verir. Nümayəndə heyətləri Rəfəh keçid məntəqəsindən Misirə daxil olub. Nümayəndə heyətlərinə Həmasdan İsmail Həniyyə, İslam Cihadından Xalid Əl-Bətş rəhbərlik edir. Bu səfər Misir təhlükəsizlik xidmətinin Fələstin üzrə məsulu Əhməd Əbdülxaliqin Qəzzəyə səfərinfən üç gün sonra baş tutub. Səfər boyu görüşlərdə atəşkəs və Qayıdış Yürüşləri barədə müzakirə aparılacağı gözlənilir.